(Azeri) Səfir Husnan bey Fananie : “İstərdim İndoneziyaya birbaşa reyslər olsun…”

//(Azeri) Səfir Husnan bey Fananie : “İstərdim İndoneziyaya birbaşa reyslər olsun…”

(Azeri) Səfir Husnan bey Fananie : “İstərdim İndoneziyaya birbaşa reyslər olsun…”

simsar

Simsar.az saytında “Elçilər” rubrikası davam edir. Bu dəfəki qonağımız İndoneziyanın  Azərbaycandakı səfiri Husnan bey Fananiedir. Görüş və müsahibə üçün müraciətimizi qəbul edən səfir bizi öz iqamətga

-Hazırda oturduğumuz otaq “Batik”otağı adlanır. Burada gördüyünüz rəsmlər “Batik”-dən hazırlanıb. “Batik” Indoneziyaya xas olan parça növüdür. Hazırda geydiyim geyim də batikdəndir. Bu otaqda gördüyünüz bu parçalar da batikdir.

-Cənab səfir, Azərbaycana gəlməmişdən əvvəl ölkəmizdə olmuşdunuz?

-Xeyr, Azərbaycana ilk gəlişimdir. Artıq 9 aydır ki, Bakıdayam. Əvvəllər Özbəkistanda, Tükiyədə, Ukraynada olmuşam.

Ölkəmiz sizə hansı təəssüratı bağışladı?

– Azərbaycan həqiqətən çox gözəl ölkədir. Müsəlman ölkəsi olmasına baxmayaraq hicablı xanımlar azdır. Eyni zamanda, Azərbaycan mənim gəlməli olduğum və tarixini öyrənməli olduğum bir ölkədir.

-Ölkələrimiz arasında oxşar və fərqli cəhətlər hansıdır?

-Fərqli cəhətlər çoxdur. İndoneziya adalar ölkəsidir.750 min adadan ibarət olan İndoneziyada 800-dən çox tayfa və etnik qrup yaşayır. 500-dən çox isə din var. Indoneziya dini ölkə deyil, amma oradakı hər kəsin öz dini var. Allahı olmayan şəxs İndoneziyada yoxdur. Ölkəmiz çox genişdir. Onun şərqindən qərbinə qədər olan məsafə Bakıdan Londona qədər olan məsafəyə bərabərdir. 34 əyalətdən ibarət, ən böyük dəniz sahilinə malik olan ölkədir. Ekvator üzərində yerləşir. İndoneziyada qar yağmır, burdakı kimi soyuq hava olmur. Yayı da Bakının yayı kimi isti keçmir. Orada ya quru mövsum olur, ya da yağışlı. Azərbaycan xalqı İndoneziya ilə dostluq etmək istəyir, eyni zamanda çox mehribandırlar.

– Fərqli cəhətləri dediniz, bəs ölkələr arasında oxşarlıq nədir?

-İndoneziyada da Azərbaycanda da xalqın əsas hissəsi müsəlmandır.

-Soyuq havaya adaptasiya necə keçdi?

-Əlbəttə ki, burada qalmaq çox çətindir, amma mən burada qalmaqla qardaşlıq və dostluq vəzifələrini yerinə yetirirəm. Bu vəzifəni icra etdiyimə görə, burada qalmalıyam və qalmağıma da şadam.

-Azərbaycanı gəzmisiniz?

-Tam gəzməsəm də Bakı, Qobustan, Şahdağ, Quba, Qəbələdə olmuşam.

-Necə istirahət edirsiniz?

-Bir çox işlərlə məşğulam. Musiqi dinləyirəm, tv-yə baxıram, şeir yazıram, idmanla məşğul oluram, rəsm çəkirəm.

-Azərbaycan musiqilərinə qulaq asırsınız?

-Əlbəttə ki, toylarda, ad günlərində, tədbirlərdə olmuşam. Amma Azərbaycan musiqilərini tam yadımda saxlaya bilmirəm. Rəqslərinizi çox bəyənirəm

-Dediniz ki, rəsm çəkirsiniz. Çox maraqlıdır, bu evdə çəkdiyiniz rəsmlərdən hazırda var?

-Bəli, var. Bir azdan sizi iqamətgahla tanış edəcəm. Rəsmlərimi də görərsiz.

-Daha çox hansı mövzularda rəsmlərə üstünlük verirsiniz?

-Rəsmlərimin mövzuları müxtəlifdir. Çalışıram çəkərkən bol rənglərdən istifadə edim. Çünki rəngin bolluğu həyatımızın dinamikliyini əks etdirir.

-Daha çox abstrakt, yoxsa realist rəsmlər çəkirsiniz?

-Əsasən, mənası olan rəsmlərə üstünlük verirəm. İlk baxışdan, abstrakt rəsmlərin mənasını başa düşmək olmur. Amma mən çalışıram ki, elə rəsm əsəri çəkim, hər birinin mənası olsun.

-İndoneziyada əsərləri dünya muzeylərində olan rəssamlar var?

-Bəli, var. Affandi, Abdulla kimi rəssamların adlarını çəkə bilərəm. Onların əsərlərini Londonda, Parisdə görmək olar. Hətta bu əsərləri İndoneziyadakı muzeylərdə, prezidentin öz iqamətgahında da görmək mümkündür.

-Hansı idman növü ilə məşğul olmusunuz?

-Futbol və üzgüçülüklə.

-Dünya futbolunu izləyirsiniz?

-Əlbəttə izləyirəm.

-Bu gün dünyada azərkeşlər demək olar ki, iki cəbhəyə ayrılıblar: Barselona və Real Madrid, Messi və Ronaldo. Bəs siz hansı tərəfdəsiz?

-Təbii ki, Barselona – Messi. Messi çox sadə adamdır, lovğa deyil, ona görə də Messini çox sevirəm.

-Bir az adət-ənənələrdən danışaq. Hansı adətlərimizi xoşlayırsınız?

-9 aydır burdayam, hələki adətlərlə çox yaxından tanış deyiləm. Amma bilirəm ki, adətləriniz türk, müsəlmançılığa yaxın adətlərdir. Bu səbəbdən bir çox adət-ənənə var ki, İndoneziya ilə yaxınlıq təşkil edir.

-Bu 9 ay müddətində yəqin ki, mətbəximizdən dadmısınız…

-Bəli, mətbəxinizlə tanışam. Dolma, kabab, manqal salatını çox sevirəm. Ayran möhtəşəm içkidir. Eyni zamanda, çox gözəl meyvələriniz var. Nar, kivi, gavalı , giləmeyvələr, gilas, ərik, İndoneziyada yoxdur. Adlarını çəkdiyim meyvələr bizə başqa ölkələrdən gətirilir. Bizim də çoxsaylı meyvələrimiz var ki burada tapmaq olmaz. İndoneziyada müxtəlif çeşidli banan var. Bizim “duriyən” adlı meyvəmiz İndoneziyadan başqa heç bir ölkədə yetişmir.

-Mətbəxdə hansı oxşarlıqlarımız var?

-İndoneziya xalqı düyü çox yeyir, görürəm ki, burada da aşı çox sevirlər. Bizdə “Şate” yeməyi var ki, eynilə kabab kimi hazırlanır.

-Bir az da Azərbaycana gələn “yoldan” danışaq

-Cakartada doğulmuşam. Məktəbəqədər təhsilimi və aşağı sinfi Cakartada oxumuşam. Sonra Yavada təhsilimi davam etdirmişəm. Yavadkı məktəb yatılı məktəb idi. Daha sonra Pakistanda təhsilimi davam etdirmişəm. 6 il də orada oxumuşam. Bakalavr təhsilimi Pakistanda alaraq islam və siyasi sahələri öyrənmişəm. 1993-cü ildə Niderlanda gedib, orada magistr oxumuşam. 1997-ci ildə yenidən İndoneziyaya qayıdıb ailə qurmuşam.

-Sevib ailə qurmusunuz?

-Əlbəttə əvvəlcə tanışlıq olub, sonra evlilik təklif etdim və ailə qurdum. Həmin dövrdə Avropa Müsəlmanları Birliyinin rəhbəri idim. O, birliyin çox üzvləri var idi, seçim edirdim ki, görəsən kim mənimlə evlənər. Birinci, avropalı xanımla tanış oldum, gördüm ki, o, mənə münasib deyil, ondan sonra indiki xanımımla münasibət qurmağa başladım. Hazırda da xoşbəxtəm. İki övladım var, bir qız, bir oğlan. Qeyd edim ki, mən hətta journalist kimi də fəalliyyəti də göstərmişəm. Gündəlik qəzetdə, jurnalda, radio və tv-lərdə çalışmışam. 2007-ci ilə qədər şəxsi jurnalım olub. Islam əsaslı partiyaları ,siyasi sahələri əhatə edirdi. Daha sonra İslam Partiyasına daxil oldum. İndi də həmin partiyaya üzvəm. Qeyd edim ki, biz hələ bu günə kimi çalışmamışıq ki, İndoneziya tam müsəlman ökəsi olsun, İndoneziyada bütün xalqlara dini müstəqillik verilib. Dini tolerantlıq var. Eyni zamanda, ən böyük multikurilal ölkədir. Məsələn, mənim İndoneziyadakı müxtəlif dinə məxsus qonşularım var, amma biz hamımız bir ailə kimiyik. Bir-birimizi başa düşürük. 1998-99-cu illərdə İslam Partiyasının rəhbərinin köməkçisi olmuşam. 2001-2005 ci illərə qədər İslam Partiyasının prezident nümayəndəsinin köməkçisi oldum. 2012-2014-cü illərdə parlamentin nümayəndəsi olmuşam. 2015-ci ildə islam sahəsində fəlsəfə dərəcəsini aldım. 2016-cı ildə Azərbaycana səfir təyin olundum. Səfir olaraq, ilk işim Azərbaycandan başladı.

-Xalqınızın maraqlı geyim tərzi var…

-İndoneziya genişdir ,müxtəlif xalqların nümayəndələri var. Bu səbəbdən də geyimlər fərqlidir. Məsələn, mənim əynimdəki Yava adasının batikidir. İndoneziyada hamının əynində batik olur.

-Ölkənizin iqtisadiyyatı daha çox hansı sahə üzərində qurulub?

-Indoneziyada bir çox neft, nikel, qızıl yataqları var. İndoneziya qızılı dünyada ən keyfiyyətli qızıllardan biridir və Papula torpaqlarında tapılır. Müxtəlif növ dəmir çeşidləri var, dənizçilik məhsulları var. Dünyada ən çox balıq çıxaran ölkəyik. Balıq yemək istəsəniz, əlinizi dənizə atmanız yetərlidir (gülür).

-Bildiyim qədərilə İndoneziyada sultanlıq da var. Sultanlıqların hər hansı bir idarəçilik funkisyaları varmı?

-Indoneziyada sultanlıqlar, xanlıqlar çoxdur. Onlar simvolikdirlər, heç birinin idarəçilik funkisyaları yoxdur.

-Azərbaycanla İndoneziya arasında mədəni-iqtisadi əlaqələrin genişlənməsi sahəsində hansı işlər görülür?

-Bir sıra tədbirlərdə iştirak etmişik. Ərzaq sərgisi, dolma festivalı, şıirniyyat festivalı. Eyni zamanda İndoneziya mədəniyyət festivalı keçirildi. Mən azərbaycanlıları həmin festivala dəvət etdim, İndoneziya ilə tanış etdik, eyni zamanda indoneziyalıları Azərbaycanla tanış etdik. Çox istərdim ki, İndoneziyaya birbaşa uçuslar olsun. Çünki mən hazırda İndoneziyaya getsəm, ya Istanbul, ya da Doha vasitəsilə getməliyəm.

-İndoneziyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətləri çatdırılırmı?

-Əlbəttə, biz Xocalı soyqırımı haqqında məlumatlıyıq. Oradakı səfirlik bununla bağlı işlər görür. Biz, Azərbaycanı Qarabağ məsələsində dəstəkləyirik. İstəyirik ki, Azərbaycan haqqı olan torpaqlarını geri qaytarsın.

-Hansı Azərbaycan sözlərini öyrənmisiniz?

-“Çox gözəl”, “yaxşı” sözlərinizi artıq istifadə edirəm. . Azərbaycan haqqında oxumağı və öyrənməyi çox sevirəm. Ölkəniz çox maraqlıdır, xanımlarınız çox gözəl, bəyləriniz isə çox yaraşıqlıdırlar.

İradə Nurəddinqızı

Nihadə Eyyubova

By | 2016-12-23T15:05:52+00:00 dekabr 23rd, 2016|Uncategorized|0 Comments

About the Author:

Leave A Comment