İndoneziya Mədəniyyət Festivalı

//İndoneziya Mədəniyyət Festivalı

İndoneziya Mədəniyyət Festivalı

Bakı, 03 avqust 2017-ci il.

 

İndoneziya Respublikasının Bakıdakı Səfirliyi 09-10 sentyabr 2017-ci il tarixlərində iki məkanda, Heydər Əliyev Sarayı və Dənizkənarı Bulvarda İkinci İndoneziya Mədəniyyət Festivalı keçirəcəkdir.

Azərbaycanın  İndoneziya haqqında  tam təcrübəsinə malik olmasını təmin etmək üçün, Bakıdakı  İndoneziya Səfirliyi İndoneziyanın  bir sıra əyalət hökumətlərinin, eləcə də İndoneziyadan olan bir sıra tanınmış şirkətlərin tərəfdaşlığına müraciət etmişdir.

“Hər iki tədbir  Azərbaycan xalqını  mədəniyyətimizə, kulinariyaya və məhsullara yaxınlaşdıracaqdır. Bu tədbirlərdən bizim məqsədimiz, Sizə  indoneziyalıların bizim  həyatımızı, dəyərlərimizi və eləcə də ruhumuzu necə yaşadığımızın görünüşünü verməkdir” İndoneziya Respublikasının  Azərbayandakı səfiri, zati-aliləri  Husnan bəy Fananı demişdir.

 

İndoneziya Mədəniyyət Festivalının ilk günü  İndoneziyanın müxtəlif ərazilərindən mədəni sərgi və çıxışlar təqdim etməklə möhtəşəm Heydər Əliyev Sarayından istifadə olunacaq. Müxtəlifliklərlə dolu 17,600-dən çox adadan ibarət çox  böyük arxipelaqdan əsas dəyərlər kimi İndoneziya ən yaxşısını göstərəcəkdir. İndoneziyanın müxtəlifliyi, Bali adasında tətbiq edilən gündəlik Hindu mərasimlərindən Açehdə (Sumatra) İslam şəriət qanununun yayılmasına qədərdir.

 

Dənizkənarı bulvarda keçiriləcək İndoneziya Mədəniyyət Festivalının ikinci günündə siz yalnız İndoneziya haqqında təcrübə əldə etməyəcəksiz, eyni zamanda tədbirdə iştirak edə biləcəksiniz. Əyləncəli gəzintidə azərbaycanlılar İndoneziyadan  nümayişçilərlə birgə rəqs edib mahnı oxuya bilər, birbaşa İndoneziya mədəni şahəsərinin necə yarandığını öyrənə bilər və İndoneziya gənc nəslinin mədəni mirasını qorumaq üçün necə əlindən gələni etdiklərini görə bilərlər.

 

Hər iki tədbir, Azərbaycan Dillər Universitetindən 15-dən çox nümayişçi tələbələrlə birgə İndoneziya və Azərbaycan arasında xalqların ünsiyyət göstəricisinə çevriləcəkdir.

 

İndoneziya Mədəniyyət Festivalına giriş pulsuzdur. Yerlərin sifarişi üçün İndoneziya Respublikasının Səfirliyi ilə 012 596 21 68, 597 05 14 telefon nömrələri ilə və ya office@indonesia.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilrəsiniz. Əlavə məlumatı www.kemlu.go.id/baku, indonesia.az , KBRI BAKU  facebook səhifəsi və @kbri_baku Instagram səhifəsindən əldə edə bilərsiniz.

By | 2018-07-09T09:52:54+00:00 avqust 3rd, 2017|Uncategorized|0 Comments

About the Author:

Leave A Comment